Stolüstü tennisçimiz Avropa çempionudur

12 07 2017

Portuqaliyanın Guimaraes şəhərində keçirilən Avropa çempionatında iştirak edən stolüstü tennisçilərimiz yarışları böyük uğurla başa vurublar.

Belə ki, 44 Avropa ölkəsindən 520 idmançının iştirak etdiyi çempionatda gənc qızların şəxsi birinciliyində stolüstü tennisçimiz Ning Zhing 1-ci yer tutaraq qızıl medalın sahibi olub. Bu müstəqillik illərində idmanın stolüstü tennis növü üzrə qazanılan ən yüksək nəticədir. İdmançımızın qələbəsi şərəfinə Azərbaycan himni səsləndirilib.

Gənc qızlardan ibarət millimiz komanda yarışlarında 3-cü yer tutaraq bürünc medal, qoşa yarışlarda 2-ci yeri tutaraq gümüş medal qazanıb.

Yüksək nəticə əldə edən stolüstü tennisçilərimiz Azərbaycana 1-i qızıl, 1-i gümüş və 1-i isə bürünc olmaqla 3 medalla qayıdırlar.

View the embedded image gallery online at:
https://www.astf.az/index.php/az/155-tenniscil-rimiz-avropa-cempionat-ndan-q-z-l-medal-il-qay-d-r?tmpl=component&print=1&layout=default&page=#sigFreeId4e06fd3e64