Stolüstü tennis üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mixail Timofeyev “Tərəqqi” medalı ilə təltif edilib

 Prezident İlham Əliyev stolüstü tennis üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mixail Timofeyevin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında idmanın inkişafındakı xidmətlərinə görə Mixail Valeryeviç Timofeyev “Tərəqqi” medalı ilə təltif edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 avqust 2018-ci il.