Tennisçilərimiz Türkmənistana yola düşür

 02-07 oktyabr 2018-ci il tarixlərində Türkmənistan Respublikasında Xəzər dənizi ölkələrinin II mədəni  idman festivalı keçiriləcəkdir. Festivalda Təhsil Respublika İdman Mərkəzinin  basketbol , voleybol , mini futbol, stolüstü tennis və  şahmat  üzrə yığma komandaları iştirak edəcəklər.

Bu yarışda  tennis yığmasının üzvləri Məmmədov  Emin , Pənahov Kənan, Əbilzadə Xədicə və Məmmədova Səbinə məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə iştirak edəcək.

İdmançılar bugün Türkmənistana yola düşür. Onlara uğurlar arzulayırıq.