Stolüstü tennisçilərimiz Latviyada Beynəlxlaq turnirdə iştirak edəcəklər

 15-17 fevral tarixlərində Latviyanın Riqa şəhərində Stolüstü tünnis üzrə Riga Gənclər Açıq Kuboku keçiriləcəkdir.

Turnirdə  ölkəmizi qızlardan Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Mehriban Dadaşova, Mərziyyə Nürmatova, Arzu Aslanova, Zemfira Mikayılova, oğlanların yarışında isə Emin Məmmədov, Məhəmməd İbrahim Ansari, Kənan Pənahov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov təmsil edəcəklər.

İdmançılarımız beynəlxlaq turnirdə məşqçi Fərhad İsmayılov və Səbinə Batmanovanın rəhbərliyi altında iştirak edəcəklər