Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

×

Xəbərdarlıq

JFolder: :files: Yol qovluğa gətirmədi. Path: /home/astfaz/public_html/images/shekiller/16-11-2015

×

Diqqət

There was a problem rendering your image gallery. Please make sure that the folder you are using in the Simple Image Gallery plugin tags exists and contains valid image files. The plugin could not locate the folder: images/shekiller/16-11-2015

Azərbaycanın stolüstü tennisçiləri Estoniya turnirinin qalibi olublar

Noyabr ayının 13- dən 15- dək Estoniyanın Haapsalu şəhərində gənclər və yeniyetmələr arasında komanda və şəxsi dərəcələrdə tanınmış tennisçi Albert Kanepinin xatirəsinə həsr olunmuş açıq turnir keçirilib. Azərbaycanın yığma komandasının üzvləri Denq Simenq və Zou Çuyi baş məşqçi Aleksandr Zudovun rəhbərliyi ilə bu tədbirdə iştirak etmişlər. Yarışda Estoniya , Litva , Latviya , Rusiya ,Finlandiya ,Danimarka və İsveç idmançıları mübarizə aparıblar. Turnirin birinci günü keçirilmiş komanda yarışlarında idmançılarımız yaxşı oyun nümayiş etdirərək final mərhələsinə çıxmış və burada şox güclü rəqib olan Estoniya komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğradıb burinci yeri qazanıblar. Gənclər və yeniyetmələr arasında təşkil olunmuş şəxsi dərəcədə idmançımız Denq Simenq təcrübəli estoniyalı oyunçusuna böyük xal hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Yığmamızın digər üzvü Zou Çuyi də layiqli oyun nümayiş etdirərək turnirdə üçüncü yerə sahib olub. Estoniya mötəbər idman tədbirində Azərbaycanın stolüstü tennisçiləri böyük uğura imza ataraq , yeddi ölkə arasında ən güclü olduqlarını sübut edib yarışın çempionları adını qazanıblar.

{gallery}shekiller/16-11-2015{/gallery}

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası