Stolüstü tennisçilər Rusiyanın Sankt – Peterburq şəhərində turnirində iştirak edəcəklər

Noyabr ayının 24 - də Rusiyanın Sankt – Peterburq şəhərində Nikolay Nikitinin xatirəsinə həsr olunmuş yeniyetmə idmançılar arasında ( 2001- ci il və azyaşlı ) stolüstü tennis üzrə XV açıq turnirə start veriləcək. Ənənəvi olaraq keçirilən və bu ildən etibarən Beynəlxalq Stolüstü Tennis Federasiyasının təqviminə daxil edilən tədbirin nəticələrinə əsasən iştirakçıların beynəlxalq reytinqi müəyyən ediləcək. Azərbaycanın yığma komandasının baş məşqçisi Aleksandr Zudovun və məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə idmançılarımız Kənan Pənahov , Emin Məmmədov , Sadıq Sadiqov, Nəzakət Qarayeva və Zou Çuyi yarışlarda ölkəmizi təmsil edəcəklər. Turnir noyabrın 29- da başa çatacaq.