Komanda yarışları başa çatıb
- Nəşr edilib 18.03.2016 09:43
Azərbaycan Birinciliyində artıq komanda yarışları başa çatmış, qaliblər müəyyənləşmişdir.
1998-2000-ci il təvəllüdlü oğlanlardan ibarət komandalar arasında keçirilmiş yarışlarda I yeri Sumqayıt, II yeri Bakı, III yeri Şirvan və Şabran komandaları, 1998-2000-ci il təvəllüdlü qızlardan ibarət komandalar arasında I yeri Sumqayıt, II yeri Şirvan, III yeri Şabran komandaları tutmuşlar.
2001-ci il təvəllüd və azyaşlı oğlanlardan ibarət komandalar arasında I yeri Bakı 1, II yeri Şabran və III yeri Təhsil -1, Bakı -2 komandaları, qızlardan ibarət komandalar arasında isə I yeri Bakı-1, II yeri Şabran, III yeri isə Bakı -2, Şəki -1 komandaları qazanmışlar.