Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Yeniyetmə oğlanlardan ibarət millimiz Avropa birinciliyinin bürünc medalçısıdır

 Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Xorvatiyada keçirilən 46 ölkənin iştirak etdiyi Avropa birinciliyində üçüncü yeri tutub. Yarımfinalda Rusiya millisinə məğlub olan oğlan tennisçilərimiz bürünc medala sahib olublar.

Yeniyetmə qızlarımız Çex Respublikasının yığma komandasına və Fransa millisinə qalib gələrək 9-cu yeri qazanıblar.

Xorvatiya və Fransa millilərini məğlub edən gənc qızlarımız isə 5-ci yeri tutublar.

Qeyd edək ki, Azərbaycanın stolüstü tennis tarixində ilk dəfə olaraq bu cür yüksək nəticələr əldə olunmuşdur.

Gənclər arasında Avropa birinciliyi iyulun 17-dək davam edəcək. Qarşıda yeniyetmə və gəncləri şəxsi, qoşa və qarışıq qoşa dərəcələrdə medallar uğrunda mübarizə gözləyir.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası