Yarış haqqında Əsasnamənin bəndləri

1. Yarışın məqsəd və vəzifəsi.
2. Yarışı keçirən təşkilat.
3. Yarışın növü.
4. Keçirilmə müddəti.
5. Keçirilmə yeri.
6. Yarışın proqramı.
7. Yarışa kimlər buraxılır və iştirak etmək üçün nə kimi məhdudiyyətlər qoyulmuşdur.
8. Yarışın keçirilmə sistemi.
9. Şəxsi yarışlarda fərdi görüşlərin partiyalarının sayı.
10. Komanda yarışı zamanı görüşlərdə partiyaların sayı.
11. Hakimlər kollegiyası.
12. Sifarişlərin təqdim edilmə müddəti: ilkin və adlarla.
13. Püşkatmanın keçrilmə yeri və vaxtı.
14. Yarışda iştirakın maddi şərtləri.
15. Mükafatlandırmanın növləri.
16. Oyun stollarının, topların, digər avadanlığın növü (markası).
17. Hesabat sənədlərinin siyahısı.
18. Yarışı bitirməmiş şəxsi görüşlərin, komanda oyunlarının iştirakçıları ilə necə rəftar etməli?
19. Komanda yarışı haqqında Əsasnamədə əlavə olaraq aşağıdakılar nəzərdə tutulmalıdır:
19.1. yarışa hansı idman təşkilatlarının komandaları buraxılır;
19.2. bir və ya bir neçə komanda qrupu üzrə ( liqa, divizion) yarışlar keçirilirmi və
hansı əlamətlərinə görə komandalar bu və ya digər qrupa (liqaya diviziona) aiddir.
19.3. Eyni bir təşkilatdan bir neçə komandanın iştirakı mümkündürmü?