2016-2017–ci il Avropa Komanda Təsnifat Çempionatı

 26 sentyabr 2016 - 18 aprel 2017-ci il tarixlərində Avropa Komanda Təsnifat Çempionatı keçiriləcəkdir. Bu, son Avropaçempionatının nəticələrinə görə ilk 30 komanda arasında təşkil edilir. Komandalar 10 yarımqrupa bolünərək ən yüksək – “çempion” diviziyasına düşmək uğrunda mübarizə aparacaqlar.

Azərbaycanın qadınlardan ibarət yığması ilk 30-da qərarlaşdığına görə bu çempionata vəsiqə qazanmışdır. Millimizin ilk oyunu 26-28 sentyabr 2016-ci il tarixlərində Portuqaliyanın Vila Real şəhərində baş tutacaqdır.

Qadınlardan ibarət komandamız baş məşqçisi Mixayil Timofeyevin rəhbərliyi altında 25 sentyabr tarixində Vila Real şəhərinə yola düşürlər.