Stolüstü tennis üzrə Gənclər və yeniyetmələr arasında Azərbaycan Kuboku keçiriləcəkdir

Federasiyanın təqvim idman planına uyğun olaraq  24 – 27  oktyabr 2017-ci il  tarixlərində gənclər və yeniyetmələr arasında Azərbaycan Kubokuna start veriləcəkdir. Şəxsi və komanda xarakteri daşıyan yarış  2000- 2002, 2003 və daha kiçik təvəllüdlü idmançılar arasında keçiriləcəkdir.