Stolüstü tennis üzrə yığma komandaya yeni peşəkar məşqçi cəlb olunmuşdur

Stolüstü Tennis Federasiyasının inkişaf planında peşəkar mütəxəssislərin hazırlanması,  yığma komandanın peşəkarlıq səviyyələrinin artırılması və daim  gücləndirilməsi əsas istiqamətlərdən biridir ki, bu məqsədlə Federasiya Çinin Hebei Zhending Milli Stolüstü Tennis Təlim akademiyası ilə müqavilə imzalamışdır.

Beynəlxalq səviyyəli idmançıların və mütəxəssislərin hazırlanması, təlim-məşq proseslərinin daha səmərəli təşkili, peşəkarlıq səviyyələrinin artırılması, yığma komandanın  gücləndirilməsi məqsədilə dəvət olunan məşqçi yeniyetmələrlə  və o cümlədən yığma komanda  üzvləri ilə artıq məşqlərə başlamışdır.