Stolüstü tennisçilərimiz Avropa Çempionatının finalında
- Nəşr edilib 19.07.2018 13:09
- Çap
14-24 iyul 2018-ci il tarixlərində Rumıniyanın Kluj-Napoka şəhərində stolüstü tennis üzrə gənclər arasında Avropa Çempionatı keçirilir.
44 ölkədən 42 kişi və 39 qadın komandasının iştirak etdiyi çempionatda qızlardan ibarət yığmamız 1/4 finalda Almaniya yığmasına, yarımfinalda isə Fransa yığmasına qalib gələrək finala vəsiqə qazanıb. Qızlardan ibarət komandamız finalda Rusiya yığması ilə görüşəcək.
Final görüşünü bu gun 20:30-da Azərbaycan Stolüstü Tennis Federasiyanın “Facebook” səhifəsində (https://www.facebook.com/www.astf.az/) canlı izləmək olar.
Xatırladaq ki, 2017-ci ildə keçirilən stolüstü tennis üzrə gənclər arasında Avropa Çempionatında qızlardan ibarət yığmamız komanda hesabında III yer tutaraq bürünc medal, şəxsi yarışlarda isə tennisçimiz qızıl medal qazanıb.