Nazirlik, komitə və agentliklərinin əməkdaşları arasında stolüstü tennis yarışı
- Nəşr edilib 04.12.2018 17:44
- Çap
Stolüstü Tennis Federasiyası Azərbaycan Respublikasının nazirlik, komitə və agentliklərinin əməkdaşları arasında sağlamlığın möhkəmləndirilməsi, asudə vaxtların səmərəli təşkili, stolüstü tennis idman növünün təbliği məqsədi ilə stolüstü tennis turniri təşkil edir.
Turnir 8 dekabr tarixində Bakı şəhəri "Şüa" İdman Kompleksində saat 10:00-da başlayacaqdır.
Turnirin qalibləri Federasiyanın diplom və mükafatları (kubok, medal və s.) ilə təltif olunacaqdır.
Sizi oyunları izləməyə dəvət edirik.