×

Xəbərdarlıq

JFolder: :files: Yol qovluğa gətirmədi. Path: /home/astfaz/public_html/images/shekiller/12-10-2015

×

Diqqət

There was a problem rendering your image gallery. Please make sure that the folder you are using in the Simple Image Gallery plugin tags exists and contains valid image files. The plugin could not locate the folder: images/shekiller/12-10-2015

Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş stolüstü tennis üzrə ölkə birinciliyinə yekun vurulub

Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə "Şüa" idman- sağlamlıq kompleksində Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə 2004- cü il və daha aşağı yaşlı oğlan və qızlar arasında stolüstü tennis üzrə ölkə birinciliyi başa çatıb.10-11noyabr tarixlərində təşkil olunmuş yarışlarda Qaradağ rayonu UGİM –in , "Lokomotiv " İSM-in , "Neftçi" İK-nin , Bakı Tennis Məktəbinin , eləcə də Sumqayıt , Şabran , Şirvan və Şəki şəhərlərinin 50 –dən artıq idmançısı yüksək mükafatlar uğrunda mübarizə aparıb. Tədbirin bağlanış mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse – prezidenti Fazil Məmmədov dövlətimizin başçısı , Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə fiziki – mənəvi sağlamlığın qorunması , idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmış , ölkəmizin idman imicinin yüksəldilməsi , idmanın maddi – texniki bazasının möhkəmləndirilməsi , bölgələrdə müasir idman infrastrukturunun yaradılması istiqamətində reallaşdırılan tədbirlərdən danışıb. Federasiyanın vitse – prezidenti ölkəmizdə digər idman növləri ilə yanaşı , stolüstü tennisin də inkişaf etdiyini , bu idman növünə uşaq və yeniyetmələrin getdikcə artan marağını , onun inkişafı istiqamətində görülən işləri vurğulamışdır. Yarışlar şəxsi formatda və beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilib. Sonda qalib idmançılara diplom , kubok və mükafatlar , eləcə də onları çalışdıran məşqçilərə mükafatlar təqdim olunub.Qeyd etmək lazımdır ki, yarışda Şabran şəhərinin təmsilçisi , məşqçi Zakir Cavadovun yetirməsi olan 6 yaşlı Şəbnəm Mansurova iştirak edib və o, ən azyaşlı fəal idmançı kimi diploma layiq görülüb.

Turnirin qalibləri :
  2004- cü il və daha aşağı yaşlı oğlanlar arasında
I yer Emin Məmmədov ( Bakı Tennis Məktəbi )
II yer Kənan Pənahov ( Bakı Tennis Məktəbi )
III yer İlqar Əhmədov ( " Neftçi" idman klubu )
  2004 – cü il və daha aşağı yaşlı qızlar arasında
I yer Mikayılova Zemfira ( " Neftçi" idman klubu )
II yer Abdulhəmidova Ləman ( Şəki UGİM )
II yer Qasımova Aytac ( Qaradağ rayonu UGİM )

{gallery}shekiller/12-10-2015{/gallery}