Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilir
- Nəşr edilib 01.02.2019 16:34
- Çap
Azərbaycan Stolüstü Tennis Federasiyasının və Gənclər İdman Nazirliyinin təqvim idman planına müvafiq olaraq 04-08 fevral tarixlərində Bakı şəhərində Azərbaycan Çempionatı keçiriləcəkdir. Respublikanın şəhər və rayonlarından komandalar çempionatda mübarizə aparacaqlar. 04 fevral saat 10.00-da start götürəcək çempionat şəxsi və komanda xarakteri daşıyır.
4 gün davam edəcək yarışlar Şüa İdman kompleksində keçiriləcəkdir.