Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq stolüstü tennis turniri keçiriləcəkdir.
- Nəşr edilib 30.04.2019 17:45
- Çap
Beynəlxalq stolüstü tennis turniri 2-3 may tarixində Bakı İdman Sarayında keçiriləcəkdir.
Turnirdə 6 ölkədən 2004-2007; 2008-ci il təvəllüdlü və daha azyaşlı 70-dən çox idmançı iştirak edəcəkdir.
Yarışları 2 və 3 may tarixində saat 10:00-dan 12:00-a kimi və 15:00-19:00-da Bakı İdman Sarayında izləyə bilərsiniz.
Turnirin təntənəli açılış mərasimi 2 may saat 17:00-da keçiriləcəkdir.
Bütün stolüstü tennis sevənləri yarışları izləməyə dəvət edirik.