Stolüstü tennis üzrə komandamız çempionatda öz qrupunun lideridir

 Məlumat verildiyi kimi, fevralın 28-dən Malayziyanın paytaxtı Kuala–Lumpurda stolüstü tennis üzrə dünya çempionatına start verilib.

Argentina, Qazaxıstan, Qvatemala və Monqolustan komandalarına qalib gələn Azərbaycanın qadınlardan ibarət yığması martın 2-də yarımqrup mərhələsində son görüşünü Latviya komandası ilə keçirib.

Yığmamız 3:1 hesabı ilə Latviya komandasına qalib gələrək ilk dəfə öz divizionunda qrup lideri olub.

Yarışlar martın 6-dək davam edəcək.