Mehin Mirzəbalayeva finalda

Stolüstü tennisçi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirillən “Euro Mini Champs” yarışında etimadı doğruldub. 2014-cü il təvəllüdlü idmançıların mübarizəsində ilk 3 mərhələni lider kimi başa vuran Mehin, 1/8 finalda moldovalı, 1/4 finalda isə fransalı rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə İsveçrə təmsilçisi ilə qarşılaşan istedadlı idmançı 3-0 hesablı qələbə ilə mini Avropa  çempionatı adlandırılan nüfuzlu yarışın finalına vəsiqə qazanıb. Stolüstü tennisçimiz həlledici görüşdə Latviya idmançısı ilə qarşılaşacaq.

WhatsApp Image 2026 08 30 at 15.45.29