Stolüstü tennisçimiz beynəlxalq yarışın mükafatını qazanıb
- Nəşr edilib 26.10.2026 12:41
- Çap
Stolüstü tennisçi Tunar Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı olub. Söhbət "Riga City Council's Youth Cup 2026" turnirindən gedir. Öz yaşıdları arasında mübarizəni 1/4 finalda başa vuran 16 yaşlı stolustü tennisçi, U19 kateqoriyasında daha yaxşı nəticə göstərib. Qrup mərhələsində Malta, Estoniya, İsveç, 1/16 finalda İngiltərə, 1/8-də Litva, 1/4-də Latviya idmançılarına qalib gələn Tunar, yarımfinalda litvalı rəqibinə uduzaraq 3-cü yeri tutub. Qeyd edək ki, bu istedadlı idmançının beynəlxalq turnirlərdə qazandığı 12-ci mükafatıdır.
