Ali təhsil müəssisələri arasında stolüstü tennis üzrə Respublika çempionatı başa çatıb

Martın 28-dən etibarən Azərbaycan Stolüstü Tennis Federasiyasının və Təhsil Respublika İdman Mərkəzinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən stolüstü tennis üzrə Respublika çempionatı bu gün başa çatıb.

13 komandanın iştirak etdiyi çempionatda I yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, II yeri Milli Aviasiya İnstitutu III yeri isə Bakı Dövlət Universiteti tutub.