“Olimpiya ümidləri” respublika turniri keçiriləcəkdir

 İyunun 22-25-də Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Şüa”   İdman–Sağlamlıq kompleksində stolüstü tennis üzrə 2006-cı il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızlar arasında “Olimpiya ümidləri” respublika turniri keçiriləcəkdir.

        Turnirin keçirilməsində əsas məqsəd Federasiya ilə müqavilə bağlamış məşqçilərin işinin, onların yetirmələrinin səviyyələrinin yoxlanılmasıdır. 150-yə yaxın idmançının iştirak edəcəyi və şəxsi xarakter daşıyacaq turnir dairəvi sistem üzrə və beynəlxalq stolüstü tennis federasiyasının qaydalarına uyğun keçiriləcək.

Qaliblər Stolüstü Tennis Federasiyası tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqdır.