Yeniyetmələrin X respublika oyunlarının final mərhələsi başa çatdı
- Nəşr edilib 01.08.2016 18:22
- Çap
26-29 iyul 2016-cı il tarixlərdə Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə 2003-cü il və daha azyaşlı oğlan və qızlar arasında Yeniyetmələrin X respublika oyunlarının final mərhələsi keçirilmişdir. Finalda 10 oğlan və 10 qız komandaları iştirak etmişdir. Qızlar arasında I yerə “Neftçi” İK, II yerə Şəki şəhəri, III yerə Şirvan şəhəri, oğlanlar arasında I yerə Bakı Tennis Məktəbi, II yerə Şəki şəhəri, III yerə “Təhsil” RİM-nin komandaları layiq görülmüşlər. Qaliblərə Gənclər və İdman nazirliyinin diplomları təqdim olundu.