Stolüstü tennis Olimpiya Oyunları proqramından çıxarılacaq ?

Bu günlərdə Rusiya Stolüstü Tennis Federasiyasının Hamilik Şurasının sədri İqor Levitin artıq 2020- ci ildə stolüstü tennisin Olimpiya Oyunları proqramından çıxarılacağının mümkünlüyü barədə ictimaiyyətə məlumat vermişdir. İqor Levitin belə demişdir: " 2020- ci il üçün Olimpiya proqramına yeni beş idman növünün daxil edilməsi və bu sayda da idman növünün çıxarılması planlaşdırılır. Stolüstü tennisin olimpiya hərəkatından kənarlaşdırılması təhlükəsi vardır. Əsas səbəb odur ki, qalibin qabaqcadan məlum olacağı yarışlar nə tamaşaçı, nə də idmançıların özləri üçün maraqlıdır. Bu görə də mən İTTF- nin ( Beynəlxalq Stolüstü Tennis Federasiyası ) və ETTU- nun ( Avropa Stolüstü Tennis Birliyi ) prezidentlərinə təklif etdim ki , biz olimpiya maliyyələşdirilməsini , ən başlıcası milli federasilar səviyyəsində maliyyələşdirməni itirməmək üçün tədbir görməliyik. Rumıniya , Almaniya , İsveç , Çin və digər federasiyaların nümayəndələri mənimlə razı olduqlarını bildirdilər." RSTF- nin Hamilik Şurasının sədri həmçinin bu idman növünə marağı artırmaq üçün bur sıra dəyişikliklər də təklif edib. O qeyd edib ki , "bütün yarımfinal və final görüşləri bir topla oynanılmasın. Böyük tennisin təcrübəsindən istifadə edərək , idmançılar tərəfindən topun yerdən götürülməsi zamanı vaxt itkisinə yol verməmək üçün sponsorların idman formasını geyinmiş könüllülər tərəfindən digər topları hakimin vasitəsi ilə stolun yanında olan oyunçuya vermək yaxşı olardı. Bu yeni qayda artıq Asiya qitəsində tətbiq olunur." O əlavə etmişdir ki , " voleybolun da təcrübəsindən istifadə edərək , yarımfinal və final görüşlərini beş set etmək lazımdır. Dörd ilk görüş 10: 10 çatmamaq şərti ilə oyunu 11 xalda bitirməyi təklif edirəm. 5- ci həlledici seti qələbə xalı sayılacaq 7 xala qədər davam etdirməyi və iri yarışların keçirilməsi zamanı birinci turun qurtarmasına iki gün qalmış veteran turnirlərinin təşkili üçün bu infrastrukturdan istifadə etməyi də təklif kimi irəli sürürəm". Çox güman ki , ciddi şəkildə baxılacaq bu təkliflər stolüstü tennisin geniş miqyaslı tədbirlərdə daha cəlbedici olmasına kömək edəcəkdir.