Stolüstü tennis üzrə Azərbaycan və İran yığma komandalarının dostluq görüşü

11-18 avqust 2018-ci il Bakıda keçirilən Azərbaycan və İran yığma komandalarının birgə təlim-məşq toplanışı çərçivəsində yeniyetmələr arasında dostluq görüşləri keçirilmişdir.

Oğlanlardan ibarət komanda görüşlərində I yeri İranın A, II yeri Azərbaycan A, III yeri isə Azərbaycanın B komandası tutmuşdur.
Qızların görüşlərində isə I yeri Azərbaycan A, II yeri Azərbaycan B,  III yeri isə İran komandası qazanmışdır.

Qızların şəxsi yarışlarında həmyerlilərimiz Cəfərova Fatimə1-ci yeri, Nurmətova Mərziyyə 2-ci yeri, Aslanova Arzu və Dadaşova Mehriban isə 3-cü yeri  qazanmışdır.

Oğlanların şəxsi yarışlarında isə iranlı tennisçi Esfahani Yasin 1-ci yeri, həmyerlimiz Əhmədzadə Adil 2-ci yeri, Yazdanbakhsh Erfan və Muhammedhasan Habibi isə 3-cü yeri qazanmışdır. Yarışın qalibləri Federasiyanın diplom, medal və hədiyyələrlə təltif olunmuşdur.