Veteranlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatı yekunlaşıb
- Published: Monday, 30 November 2015 19:36
Cari ilin 29 noyabr tarixində "Şüa" idman – sağlamlıq kompleksində Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilmiş veteranlar arasında Azərbaycan çempionatı başa çatıb. Yarışın keçrilməsində məqsəd veteranların sağlamlığının möhkəmləndirilməsi ,onların fəal idman hərəkatına cəlb edilməsi , bu idman növünün geniş əhali arasında təbliği və populyarlaşdırılması olub. Bağlanış mərasimində çıxış edən federasiyanın nümayəndəsi İbrahim Əfəndiyev qalib idmançıları təbrik edib və veteranlarımızın gənc tennisçilərin yetişməsində xüsusi rol oynadığını , onların stolüstü tennislə məşğul olması üçün hər bir şəraitin yaradıldığını vurğulayıb. Turnirin iştirakçısı , Veteranlar Şurasının sədri yarışın keçirilməsini yüksək səviyyədə təşkil etmiş Stolüstü Tennis Federasiyasının rəhbərliyinə iştirakçılar adından təşəkkürünü bildirmişdir.
Qaliblər aşağıdakı qaydada müəyyənləşib :
30 yaşdan yuxarı qadınlar arasında :
I yer – Xəyalə Qiyasova
II yer – Könül Mikayılova
III yer – Roza Moiseyeva
40- 49 yaşlı kişilər arasında :
I yer - Elçin Vəliyev
II yer – Əli Heydərli
III yer – Azər Cəfərov
50 – 59 yaşlı kişilər arasında :
I yer – İlham Ağayev
II yer – Qulu Quliyev
III yer – Teymur Hüseynov
60 və yuxarı yaşlı kişilər arasında :
I yer – Səxavət Heydərov
II yer – Niyaz Hüseynov
III yer – Tahir Əliyev
Qoşa yarışlar :
I yer – İlham Ağayev --- Samir Həsənov
II yer – Elçin Vəliyev--- Teymur Hüseynov
III yer – Könül Mikayılova --- Xəyalə Qiyasova
Sonda hər yaş qrupunun qaliblərinə Stolüstü Tennis Federasiyasının diplom , kubok və hədiyyələri təqdim olunub.