8 noyabr tarixində "Konstitusiya günü"nə həsr olunmuş Azərbaycan birinciliyinə start verildi
- Nəşr edilib 08.11.2017 14:59
- Çap
8 noyabr 2017-ci il tarixlərində "Konstitusiya günü"nə həsr olunmuş Azərbaycan birinciliyinin açılış mərasimi keçirilmişdir. Tədbirdə iştirak edən Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana olan qayğıdan danışdı və yarış iştirakçılarını təbrik etdi, onlara uğurlar arzuladı.
Birincilik uğrunda 2006-cı il təvəllüdlü və daha kiçik 100-dən çox tennisçi mübarizə aparacaq.
Şəxsi xarakter daşıyan oyunlara 10 noyabr tarixində yekun vurulacaq.