Tennisçilərimiz "Türk Şurası Üniversitet İdman Oyunları" çərçivəsində stolüstü tennis üzrə şəxsi oyunlarda qızıl medal qazandılar

9 aprel tarixində stolüstü tennis üzrə şəxsi oyunların final görüşləri başa çatdı.
Qadın şəxsi oyunlarında I yeri Azərbaycan təmsilçisi Ning Zhing tutaraq qızıl medala sahib olmuşdur. II yerə tennisçimiz Chen Xingtai, III və IV yerlərə müvafiq olaraq Türkiyə təmsilçisi Özdemir İpek və tennisçisimiz İmanova Məryəm sahib olmuşlar.

Kişilərin şəxsi oyunlarında I və II yerləri müvafiq olaraq təmsilçilərimiz Yang Xinyu və Yu Xinhang tutaraq qızıl və gümüş medal qazanmışlar. III və IV yerlərə isə Türkiyə tennisçiləri Ulucak Batuhan və Gündüz Ziver sahib olmuşlar.

View the embedded image gallery online at:
https://www.astf.az/index.php/az/216-tenniscil-rimiz-tuerk-suras-ueniversitet-idman-oyunlar-c-rciv-sind-stoluestue-tennis-uezr-s-xsi-oyunlarda-q-z-l-medal-qazand-lar?layout=default&print=1&tmpl=component#sigFreeId9b873f7cc6