Konstitusiya Gününə həsr olunmuş Azərbaycan birinciliyinə start verilib

 Noyabrın 8-də start verilən və noyabrın 10-dək davam edəcək yarışlarda birincilik uğrunda 2007-cı il təvəllüdlü və daha kiçik yaşlı 70-dək tennisçi mübarizə aparacaq.

Birinciliyin açılışına həsr olunmuş tədbirdə çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana göstərilən böyük diqqət və qayğıdan bəhs edib, yarış iştirakçılarına uğurlar arzulayıb.

Tədbirdə həmçinin, dövlət başçısının Sərəncamı ilə idmanın inkişafındakı xidmətlərinə görə təltif edilən stolüstü tennis üzrə baş məşqçi Mixayıl Timofeyevə “Tərəqqi” medalı və vəsiqəsi təqdim edilib

View the embedded image gallery online at:
https://www.astf.az/index.php/az/251-konstitusiya-guenuen-h-sr-olunmus-az-rbaycan-birinciliyin-start-verilib?layout=default&print=1&tmpl=component#sigFreeId53ad8332bb