Konstitusiya gününə həsr olunmuş Azərbaycan Birinciliyinə yekun vuruldu

 Azərbaycan Stolüstü Tennis Federasiyasının və Gənclər və İdman Nazirliyinin təqvim idman planına müvafiq olaraq 2007-ci il  və daha kiçik təvəllüdlü uşaqlar arasında Konstitusiya gününə həsr olunmuş Azərbaycan Birinciliyinə yekun vuruldu. Şəxsi xarakter daşıyan birincilidə respublikanın bütün regionlarından 70-ə yaxın idmançı mübarizə aparmışdır. Bağlanışda iştirak edən Federasiyanın vitse-prezidenti Səbuhi Mehdizadə idmançıları təbrik etdi.

Birinciliyin nəticələri:

Qızlar
1-ci yer Dadaşova Mehriban
2-ci yer Aslanova Arzu
3-cü yer Cəfərova Fatimə
3-cü yer Süleymanova Zeynəb

Qeyd: Sumqayıt Məşqçiləri 

Oğlanlar
1-ci yer Eylazov Hüseyn (Sumqayıt Məşqçiləri)
2-ci yer Əhmədzadə Adil (Quluyev Qulu)
3-cü yer Məhəmmədov Toğrul (Sumqayıt Məşqçiləri) 
3-cü yer Məmmədov Kənan (Zakir Cavadov)

Qaliblərə və məşqçilərə Federasiyanın kubok, medalları və mükafat təqdim olundu.

View the embedded image gallery online at:
https://www.astf.az/index.php/az/252-konstitusiya-guenuen-h-sr-olunmus-az-rbaycan-birinciliyin-yekun-vuruldu?layout=default&print=1&tmpl=component#sigFreeId74d10367eb