Stolüstü tennis üzrə növbəti seminar keçirilmişdir

 26-27 yanvar 2019-cu il tarixlərində yığma komandanın idmançıları və məşqçilər üçün praktik seminar keçirilmişdir.

Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən Seminara beynəlxlaq dərəcəli məşqçi Lui Yanjun rəhbərlik etmişdir.

Seminarın I günü 2008 və daha kiçik təvəllüdlü idmançılarla, yığma komanda üzvləri ilə praktiki - məşqlər keçirilmiş, ən perspektivli idmançıların inkişafı istiqamətində onların məşqçilərinə fərdi  məsləhətlər bildirilmişdir.

Seminarın son günü Federasiya ilə müqaviləsi olan məşqçilərə azyaşlı idmançılarla işləmək üçün yeni məşq üsulları göstərilmişdir.

Qeyd edək ki hər kvartalın sonu məşqçi Lui Yanjunun iştirakı ilə seminarın təkrar keçirilməsi planlaşdırılmışdır.

View the embedded image gallery online at:
https://www.astf.az/index.php/az/276-stoluestue-tennis-uezr-noevb-ti-seminar-kecirilmisdir?layout=default&print=1&tmpl=component#sigFreeId38806c881b