Azərbaycan çempionatının qalibləri müəyyən olundu
- Nəşr edilib 07.02.2019 16:21
- Çap
04- 07 fevral 2019-cu il tarixində Bakı şəhərində stolüstü tennis üzrə Gənclər və İdman Nazirliyinin və Federasiyanın təqvim idman planına müvafiq olaraq Azərbaycan Çempionatı keçirilmişdir.
Kişilərin komanda yarışlarının qalibləri: I yer Bakı – 1, II yer Baki – 2 və III yeri isə Baki 3 komandasi tutmuşdur.
Qadınların komanda görüşlərində I yeri Bakı - 1 , II yeri Sumqayıt – 1, II yeri isə Sumqayıt – 2 komandası qazanmışdır.
Qadinların qoşa yarışlarında I yer - İmanova Məryəm Qarayeva Nəzakət, II yer Eminova Bilurə-Aslanova Arzu, III yer Abdülhəmidova Ləman – İranpur Fidan
Kişilərin qoşa yarışlarında I yer Həsənov Nurlan – Həşimli Xəyal, II yer – Şahgəldiyev Əliverdi – Ansari İbrahim, III yer Allahverdiyev Vəzir – Qafarlı Yusif qazanmışıdır.
Qarışıq qoşa yarışlarda I yerə İmanova Məryəm – Şahgəldiyev Əliverdi, II yer Məmmədov Emin – Abdülhəmidova Ləman, III yerə isə Allahverdiyev Vəzir və Eminova Bilurə sahiblənmişdir.
Qadındaların Şəxsi oyunlarda – I yeri Qarayeva Nəzakət, II yeri İmanova Məryəm, III yeri Eminova Bilurə qazanmışdır.
Kişilərin şəxsi görüşlərində Həşimli Xəyal I yer, Ansari İbrahim II və Əliyev Sənan isə III yerə çıxmışıdr.
Bağlanışda iştirak edən Federasiyanın vitse-prezidenti Fazil Məmmədov qalibləri təbrik etdi. Qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomları, Federasiyanın medal və mükafatları təqdim olundu.
https://www.astf.az/index.php/az/281-az-rbaycan-cempionat-n-n-qalibl-ri-mue-yy-n-olundu?layout=default&print=1&tmpl=component#sigFreeId8b87f932c0