Stolüstü tennisçimiz 5 qitənin ən istedadlıları sırasında

Stolüstü tennisçimiz Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının təlim-məşq toplanışına qatılacaq. İstedadlı idmançımızı seçmə komandanın baş məşqçisi Mixail Timofeyev müşaiyət edəcək. Fransanın Hennebont şəhərində təşkil olunacaq “World Hopes Week & Challenge” toplanışına 5 qitədən 40 oğlan və qız idmançı dəvət alıb. İstedadları ilə seçilən bu stolüstü tennisçilər yanvarın 16-dan 22-dək keçiriləcək toplanış çərçivəsində təlimlərdə və mini-turnirlərdə iştirak edəcəklər. Xatırladaq ki, Onur Quluzadə artıq bir neçə ildir müntəzəm olaraq Avropa Stolüstü Tennis Birliyinin analoji təlimlərinə qatılır.

View the embedded image gallery online at:
https://www.astf.az/index.php/az/403-stoluestue-tenniscimiz-5-qit-nin-n-istedadl-lar-s-ras-nda?layout=default&print=1&tmpl=component#sigFreeId39d99c17ea