Stolüstü tennisçilərimiz Rusiyadan 4 medal ilə qayıdır
- Published: Sunday, 03 February 2019 00:03
1-2 fevral 2019-сu il tarixində Rusiyanın Voljsk şəhərində 2006-cı il təvəllüdlü və daha azyaşlı stolüstü tennisçilər arasında beynəlxalq turnir keçirilmişdir
Turnirdə ölkəmizi idmançı Fatimə Cəfərova, Mehriban Dadaşova,Hacımurad Məmmədbəyov və Xaliq Becanov məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə təmsil etmişdir.
Şəxsi oyunlara 2 fevral tarixində yekun vurulmuşdur.
Şəxsi oyunlarda tennisçimiz Mehriban Dadaşova I yerin sahibi olaraq qızıl medal qazanmışdır. Digər tennisçimiz Fatimə Cəfərova isə gümüş medal qazanmışdır.
Oğlanların oyunlarında isə Xaliq Becanov gümüş medal Hacımurad Məmmədbəyov isə bürünc medal qazanmışdır.
https://www.astf.az/index.php/en/279-stoluestue-tenniscil-rimiz-rusiyada-4-medal-il-qay-d-r#sigFreeId1e6a1b17cf












