Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilərin Avrasiya Liqası sınağı davam edir

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda təşkil olunan Avrasiya Liqasında mübarizəni davam etdirirlər.
Qadınlardan ibarət millinin baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə Ləman Abdulhəmidova, Aylin Əsgərova və Şəbnəm Mansurovadan ibarət komanda bu gün yarışın 3-cü turunun Pavlodarda keçirilən oyunlarına çıxacaq. 
Onur Quluzadə, Adil Əhmədzadə və Rüstəm Hacılıdan ibarət heyət isə oğlanlardan ibarət seçmə komandanın baş məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Almatı şəhərində 3-cü turun görüşlərini keçirəcək. 
Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan və Türkmənistan stolüstü tennisçilərinin qatıldığı Avrasiya Liqasında iki turun nəticələrinə əsasən, hər iki komandamız 12 kollektivin mübarizə apardığı turnir cədvəlinin lideridir. 
Üçüncü tura noyabrın 8-də yekun vurulacaq. Yarışın sonuncu turunun oyunları isə dekabrda keçiriləcək.

WhatsApp Image 2026 11 06 at 12.42.26 imageonline.co merged

Stolüstü tennisçimiz beynəlxalq yarışın mükafatını qazanıb

Stolüstü tennisçi Tunar Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı olub. Söhbət "Riga City Council's Youth Cup 2026" turnirindən gedir. Öz yaşıdları arasında mübarizəni 1/4 finalda başa vuran 16 yaşlı stolustü tennisçi, U19 kateqoriyasında daha yaxşı nəticə göstərib. Qrup mərhələsində Malta, Estoniya, İsveç, 1/16 finalda İngiltərə, 1/8-də Litva, 1/4-də Latviya idmançılarına qalib gələn Tunar, yarımfinalda litvalı rəqibinə uduzaraq 3-cü yeri tutub. Qeyd edək ki, bu istedadlı idmançının beynəlxalq turnirlərdə qazandığı 12-ci mükafatıdır.

WhatsApp Image 2026 10 26 at 12.34.53

Stolüstü tennisçilərin Riqa sınağı

Oktyabrın 23-də Latviyanın paytaxtı Riqa şəhərində stolüstü tennis üzrə "Riga City Youth Cup 2026" turniri start götürəcək. Ənənəvi yarışda qadınlardan ibarət milli komandanın baş məşqçisi Fərhad İsmayılov, gənc oğlanlardan ibarət seçmənin baş məşqçisi Ramil Cəfərov və məşqçi Rüfət Əliyevanın rəhbərliyi ilə 9 idmançı iştirak edəcək. Oğlanların yarışında Elşən Hüseynov, Uğur Nəzərli, Tunar Bağırov, Ruslan Kərimov, qızların mübarizəsində isə Nigar Mahmudova, Yağmur Məmmədli, Arzu Aslanova, Xədicə Babazadə və Şəbnəm Mansurova bacarığını göstərəcək. Beynəlxalq yarışa oktyabrın 25-də yekun vurulacaq.

WhatsApp Image 2026 10 22 at 13.57.30

Könül Mikayılova ASTB-nin konqresində

Bu gün Sloveniyanın paytaxtı Lyublyana şəhərində Avropa Stolüstü Tennis Birliyinin (ASTB) konqresi keçirilir.

Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılovanın da qatıldığı konqresin gündəliyində bir sıra mühüm məsələlər yer alıb. ASTB prezidentinin açılış nitqindən sonra quruma üzv assosiasiyaların iştirakı təsdiqlənəcək, müvafiq komissiyaların və konqres sədrinin təyin edilməsi, gündəliyin təsdiqi, yeni üzvlük müraciətlərinə baxılması və təşkilatın illik fəaliyyət hesabatı müzakirə ediləcək.

Həmçinin, ASTB-nin strateji icra planı, 2025-ci ilin maliyyə və audit hesabatları, 2027-ci il üçün büdcə, auditorların təyin edilməsi, müxtəlif təklif və qətnamələr, eləcə də Audit Komissiyasının üzvləri seçiləcək.

Konqresdə ötənilki toplantıdan sonra İcraiyyə Şurasının gördüyü işlərin təsdiqi, fəxri üzvlərin təyin edilməsi və fəxri nişanların təqdim olunması məsələlərinin də müzakirəsi planlaşdırılır.
Bununla yanaşı, 2027-ci ildə keçiriləcək Avropa çempionatlarının təqdimatı, növbəti konqresin keçiriləcəyi yer və tarixin müəyyənləşdirilməsi, eləcə də digər məsələlər nəzərdə tutulub.

WhatsApp Image 2026 10 13 at 13.03.43

Yevgeni Timçenko: “Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil”

“Azərbaycana gəlişimdən məmnunam. Seminar yüksək səviyyədə təşkil olunub. Bunun üçün Azərbaycan Stolüstü Tennis Federasiyasına təşəkkürümü bildirirəm”. Bunu Bakıda seminar keçən Beynəlxalq Stolüstü Tennis Federasiyasının (BSTF) təmsilçisi Yevgeni Timçenko ASTF-nin mətbuat xidmətinə açıqlamasında deyib. Qazaxıstanlı mütəxəssis yaradılan şərait, məşqçi və idmançıların hazırlıq səviyyəsi ilə bağlı fikirlərini bölüşüb: “Təlimlərin uğurlu alınması üçün bütün lazımı şəraiti yaradıblar. Heç bir problemlə üzləşmədik. Sevindirici məqamlardan biri də məşqçilərin peşəkarlığı oldu. Həqiqətən də yüksək səviyyəli mütəxəssislərdir. Onlarla çalışmaq olduqca maraqlı və zövqvericidir. Bir daha əmin oldum ki, son illərdə Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil. Bu gedişlə idmançılarınızın daha böyük nailliyyətlər qazanacağına inanıram”. Qeyd edək ki, oktyabrın 1-də başlanan seminar işini sabah yekunlaşdıracaq.

WhatsApp Image 2026 10 09 at 15.31.17

1 -dən səhifə 125

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası