Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilər Avropa birinciliyində iştirak edəcəklər

Iyulun 11-də Çexiyanın Ostrava şəhərində yeniyetmə və gənc stolüstü tennisçilərin Avropa birinciliyi start götürəcək. Seçmə komandamız mötəbər yarışa 6 idmançı ilə qatılacaq. Söhbət  Aylin Əsgərova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadədən gedir. Onlar baş məşqçi Mixail Timofeyev və məşqçilər Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi altında bacarıqlarını göstərəcəklər. Seçmə komandamız bu gün yarışın keçiriləcəyi Ostrava şəhərinə yola düşüb. Avropa çempionatına iyulun 20-də yekun vurulacaq.

Stolüstü tennisçimiz Çində hazırlıq keçəcək

Stolüstü tennisçi Onur Quluzadə iyunun 18-dən etibarən növbəti beynəlxalq təlim-məşq toplanışına qatılıb. Seçmə komandamızın üzvü, baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə, iyulun 5-dək Çin Xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək. Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandasının bazası hesab olunur. Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır. Seçmə komandamızın üzvləri mütəmadi olaraq Çində təşkil olunan anoloji hazırlıq proseslərinə qatılırlar.

Stolüstü tennisçimiz İsveçə yollanıb

Seçmə komandanın üzvü Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının dünyanın ən istedadlı idmançıları ücün təşkil etdiyi təlim-məşq toplanışına qatılacaq. Onur bu məqsədlə milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə İsveçin Halmstad şəhərinə yollanıb. "Rising Stars Camp" adlanan toplanış iyunun 1-dən 5-dək davam edəcək. Onur Quluzadə ardınca,  İsveçin Helsinqborq və Norveçin Sandefjord şəhərində keçiriləcək "WTT Youth Contender" turnirlərində mübarizə aparacaq.

Ölkə birinciliyinin qalibləri müəyyənləşib

13 yaşadək stolüstü tennisçilərin ölkə birinciliyinə yekun vurulub. Nəticələrlə tanış olun:

Şəxsi- qızlar
I yer - Trofimenko Sofiya
II yer- Aslanzadə Mehri h
III yer - Mirzəbalayeva  Mehin
III yer - Həbibova Yasəmən
Oğlanlar
I yer - Babayev Vaqif
II yer - Muradov Zərbah
III yer - Yusubov Mirilkin
III yer - Hümbətov Saleh
Qoşa qızlar
I yer - Həbibova Yasəmən- Mirzəbalayeva Mehin
II yer - Aslanzadə Mehri- İnamverdizadə. Banu
III yer - Trofimenko Sofiya - Babazadə Xədicə
III yer - Miradiyeva Alina-Cəfərli Zəhra
Qoşa oğlanlar
I yer - Babayev Vaqif - Muradov Zərbah
II yer - Almədədli Cəfər - Hümbətov Saleh
III yer - Mirzəliyev Əliəkbər - Kərim Camal
III yer - Kamilov Həzrət - Babayev Yunis
Qarışıq qoşa
I yer - Kamilov Həzrət - Babazadə Xədicə
II yer - Almədədli Cəfər - Trofimenko Sofiya
III yer - Babayev Vaqif - Aslanzadə Mehri
III yer - Muradov Zərbah-Banluyeva Minəxanım

Stolüstü tennisçilər beynəlxalq turnirin mükafatını qazanıblar

 

Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "WTT Youth Contender" turnirində fəxri kürsüyə qalxıblar. Seçmə komandamızın üzvləri qarışıq-qoşa mübarizədə bürünc mükafata layiq görulüblər. Qeyd edək ki, mayın 28-də start verilən yarışa mayın 31-də yekun vurulacaq.

6 -dən səhifə 112

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası