Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilərimiz mükafatlandırılıblar

 

Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində uğurla çıxış edən stolüstü tennisçilərimizə bu gün ASTF-nin mükafatları təqdim olunub. Federasiyanın vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova Batumi sınaqlarındakı yüksək nəticələr münasibəti ilə seçmə komandanın üzvlərini təbrik edib, onlara gələcək yarışlarda da uğurlar arzulayıb.
“WTT Youth Contender” turnirində fərqlənən idmançılara və komandanın məşqçilərinə federasiyanın mükafatları təqdim olunub.
Stolüstü tennisçilərimiz bu gün həmçinin, Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan ənənəvi tədbirdə də iştirak ediblər.
Xatırladaq ki, seçmə komandamız Batumi sınaqlarından Vətənə 10 medalla qayıdıb. Mərziyyə Nurmətova 15 və 17 yaşadək, Ləman Abdulhəmidova 19 yaşadək, Aylin Əsgərova 17 yaşadək, Yağmur Məmmədli ilə Onur Quluzadə isə 13 yaşadək idmançılar arasında bürünc medal qazanıb. Qarışıq-qoşa yarışlarda Adil Əhmədzadə, Mərziyyə Nurmətova Ləman Abdulhəmidova gümüş, Aylin Əsgərova, Hüseyn Eylazov, Zemfira Mikayılova bürünc mükafata layiq görülüb.
Stolüstü tennisçilərimiz yarış ərzində qarşılaşdıqları 10 erməni idmançısı üzərində inamlı qələbə çalıblar.

Beynəlxalq turnirdə 10-cu mükafat

Gürcüstanın Batumi şəhərində dünya seriyalı “WTT Youth Contender” turniri davam edir. Bu gün seçmə komandamızın aktivinə daha bir medal əlavə olunub. 13 yasadək idmançıların mübarizəsinə qatılan Onur Quluzadə yalnız yarımfinalda uduzaraq bürünc medala layiq görülüb.
Xatırladaq ki, yarışın ilk günlərində mübarizəyə qatılan Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Nigar Mahmudova, Xədicə Əbilzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Aysu Ağayeva, Xədicə Eylazova və Yağmur Məmmədlidən ibarət komanda turniri 9 medalla başa vurub.

Batumi sınaqlarının qəhrəmanları Vətəndə


Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində uğurla çıxış edən qızlardan ibarət komandamız Vətənə qayıdıb. Stolüstü tennisçilərimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda ASTF-nin rəsmiləri və idmançıların doğmaları qarşılayıblar. Xatırladaq ki, məşqçilər Fərhad İsmayılov və Elnur Hidayətzadənin rəhbərliyi ilə Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Nigar Mahmudova, Xədicə Əbilzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Aysu Ağayeva, Xədicə Eylazova və Yağmur Məmmədlidən ibarət komanda turniri 2-si gümüş, 7-si bürünc olmaqla 9 medalla başa vurub. Onu da, qeyd edək ki, idmançılarımız yarış zamanı qarşılaşdıqları 8 erməni rəqibi məğlubiyyətə uğradıblar.

Stolüstü tennisçilərimiz Batumidə daha 4 medal qazandılar

Stolüstü tennisçilərimiz Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində növbəti mükafatları qazanıblar. Qarışıq-qoşa yarışlarda Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi ilə Ləman Abdulhəmidova və belçikalı Tom Klosset cütü yalnız finalda uduzaraq gümüş medal qazanıb. Aylin Əsgərova ilə Hüseyn Eylazov, Zemfira Mikayılova ilə türkiyəli həmkarı Məhəmməd Ataqul isə bürünc mükafata layiq görülüb.

Xatırladaq ki, idmançılarımız yarışın ilk günlərində daha 5 bürünc medal qazanmışdılar.
Sabah seçmə komandamızın üzvləri Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Tunar Bağırov şəxsi yarışlarda mübarizəyə qatılacaq.

Stolüstü tennisçilərimiz beynəlxalq yarışda 5-ci medalı qazandılar


Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində qızların yarışına yekun vurulub. Bu gün seçmə komandamızın daha iki üzvü bürünc mükafata layiq görülüb. Mərziyyə Nurmətova 15 yaşadək, Ləman Abdulhəmidova isə 19 yaşadək idmançıların mübarizəsində bu nəticəyə imza atıb.
Xatırladaq ki, turnirin ilk günlərində 17 yaşadək idmançıların mübarizəsinə qatılan Mərziyyə Nurmətova ilə Aylin Əsgərova üçüncü yeri tutmuşdu. Yağmur Məmmədli isə 13 yaşadək idmançılar arasında eyni nəticəni göstərmişdi.
Qeyd edək ki, sentyabrın 21-dən 24-dək məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Tunar Bağırovdan ibarət komanda Batumi sınaqlarında mübarizə aparacaq.

1 -dən səhifə 80

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası