Stolüstü tennisçilərimiz Rusiyadan 4 medal ilə qayıdır

 1-2 fevral 2019-сu  il tarixində  Rusiyanın Voljsk şəhərində 2006-cı il təvəllüdlü və daha azyaşlı stolüstü tennisçilər arasında beynəlxalq turnir keçirilmişdir

Turnirdə ölkəmizi idmançı Fatimə Cəfərova, Mehriban Dadaşova,Hacımurad Məmmədbəyov və Xaliq Becanov məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə təmsil etmişdir. 
Şəxsi oyunlara 2 fevral tarixində yekun vurulmuşdur.

Şəxsi oyunlarda tennisçimiz Mehriban Dadaşova  I yerin sahibi olaraq qızıl medal qazanmışdır. Digər tennisçimiz Fatimə Cəfərova isə gümüş medal qazanmışdır.

Oğlanların oyunlarında isə Xaliq Becanov gümüş medal Hacımurad Məmmədbəyov isə bürünc medal qazanmışdır.

View the embedded image gallery online at:
https://www.astf.az/index.php/en/279-stoluestue-tenniscil-rimiz-rusiyada-4-medal-il-qay-d-r?layout=default&print=1&tmpl=component#sigFreeId1e6a1b17cf