Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennis üzrə millimiz Avropa birinciliyinin yarımfinalında

 Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Avropa birinciliyinə yeniyetmə oğlanlar, yeniyetmə qızlar və gənc qızlar komandası ilə qatılmışlar.

Yeniyetmə oğlanlardan ibarət millimiz Ermənistan, Estoniya, İsrail komandalarına, yeniyetmə qızlardan ibarət komandamız İspaniya, Avstriya, Bosniya və Hersoqovina, gənc tennisçi qızlarımız isə İtaliya və Luxsemburq yığmalarına 3-0 hesabı ilə qalib gəliblər.

“Play off” mərhələsində yeniyetmə oğlanlarımız Yunanıstan və Rumıniya komandalarına 3-0 hesabı ilə qalib gələrək 1/4-ə vəsiqə qazanıblar. Növbəti görüşdə oğlanlarımız İtaliya yığmasına qalib gələrək artıq bürünc medalı təmin ediblər. Komandamız növbəti rəqibi Rusiya yığması olacaq.

Yeniyetmə qızlarımız isə Slovakiya millisinə 3-0 hesabı ilə qalib gələrək 1/8-ə vəsiqə qazansalar da, burada Rusiya yığmasına məğlub olublar. Yeniyetmə qızlarımız 9-16-cı yerlər uğrunda mübarizədə Türkiyə millisini məğlub edərək, 9-12-ci yerlər uğrunda Çexiya komandası ilə görüşəcək.

“Play off” mərhələsində Bolqarıstan və Almaniya yığma komandalarını məğlib edən gənc qızlardan ibarət millimiz 1/4-ə vəsiqə qazanıblar. Növbəti görüşdə İspaniya yığmasına uduzan gənc qızlarımız 5-8-ci yerlər uğrunda mübarizədə Xorvatiya komandası ilə qarşılaşacaqlar.

 

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası