Şuralar

  • Bölüm: Federasiya
  • Nəşr edilib 03.01.2019 12:16
  • Müəllif: admin
  • Baxış sayı: 4440

Azərbaycan Stolüstü Tennis Federasiyasının Məşqçilər Şurası

S.A.A Vəzifəsi
1 Timofeyev Mixail Valeryeviç Şuranın sədri
2 İsmayılov Fərhad Polad oğlu Şuranın katibi
3 Cəfərov Ramil Nəriman oğlu Şuranın üzvü
4 Hidayətzadə Elnur Rəhim oğlu Şuranın üzvü
5 Quliyev Qulu Həsən oğlu Şuranın üzvü

Azərbaycan Stolüstü Tennis Federasiyasının Hakimlər Şurası

S.A.A Vəzifəsi
1 Mikayılov Zaur Bayram oğlu Şuranın sədri
2 Mirzəyev İsmayıl Cavid oğlu Şuranın üzvü
3 Qiyasova Xəyalə İsgəndər qızı Şuranın üzvü

Azərbaycan Stolüstü Tennis Federasiyasının Veteranlar Şurası

S.A.A Vəzifəsi
1 Hüseynov Firudin Səfər oğlu Şuranın sədri
2 Heydərov Səxavət Xanış oğlu Şuranın katibi
3 Quliyev Nazim İsaağa oğlu Şuranın üzvü
4 Ağayev İlham Mansur oğlu Şuranın üzvü
5 Mövlayev Zirəddin Abuzər oğlu Şuranın üzvü

İcraiyyə Komitəsi

  • Bölüm: Federasiya
  • Nəşr edilib 05.12.2018 16:40
  • Müəllif: admin
  • Baxış sayı: 4960

Azərbaycan StolüstüTennis Federasiyasının (ASTF) İcraiyyə Komitəsinin

Üzvləri

  1. Mustafayev Şahin                 ASTF-nin prezidenti
  2. Mehdizadə Səbuhi                ASTF-nin vitse prezidenti
  3. İslam Elmar                         ASTF-nin vitse prezidenti
  4. Quşxani Xəyalə                   ASTF-nin əməkdaş
  5. Süleymanova Zərif               ASTF-nin əməkdaş
  6. Timofeyev Mixail                  yığma komandanın baş məşqçisi
  7. İsmayılov Fərhad                 yığma komandanın böyük məşqçisi

Tarixi

  • Bölüm: Federasiya
  • Nəşr edilib 14.11.2015 10:20
  • Müəllif: turanadmin
  • Baxış sayı: 11610

AZƏRBAYCANDA STOLÜSTÜ TENNİS

Azərbaycanda 50-ci illərin əvvəllərində ilk dəfə olaraq Bakı stolüstü tennis bölməsi yaradılıb və sonradan Respublika Stolüstü Tennis Federasiyası təsis olunub. Həmin vaxtdan etibarən respublikada bu idman növü üzrə müxtəlif yarışlar keçirilməyə başlayıb. Bakı şəhərinin ilk çempionları V. Lazorkin və R. Yaşagina olub. O dövrün ən güclü tennisçiləri arasında M.Şeydabəyovun, K. Bağırovun, V. Lazorkinin, R. Şapayevanın, O. Spiridonovun, A. Knijnikin və başqalarının adlarını çəkmək olar. Azərbaycanda SSRİ-nin əməkdar məşqçiləri N. Novikov, R. Kotsev, Azərbaycanın əməkdar məşqçiləri Y. Oparin, İ. Mazin kimi məşqçilər yetişmişdir. Onlar M. Şeydabəyov (1961-ci ildə SSRİ çempionu), V. Popova (6 dəfə SSRİ çempionu, 1984-cü ildə Avropanın mütləq çempionu) kimi idmançıların ərsəyə gəlməsində böyük əmək sərf etmişlər. Azərbaycan idmançıları bir çox respublikadaxili və beynəlxalq yarışlarda iştirak etmişlər. SSRİ dağıldıqdan sonra ictimai-siyasi həyatda olduğu kimi, idman sahəsində də durğunluq dövrü yarandı. Bu, stolüstü tennisə də öz mənfi təsirini göstərdi. Bir çox adlı-sanlı idmançılar və məşqçilər Azərbaycanı tərk etdilər. Yalnız ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra respublikanın ictimai-siyasi həyatında, o cümlədən idmanın inkişafında əsaslı dəyişikliklər baş verdi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkənin bütün sahələrində aparılan siyasi, sosial-iqtisadi islahat proqramları və yenidənqurma işləri bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi altında qısa müddət ərzində ölkədə güclü idman bazası yaradılmış və müasir Olimpiya kompleksləri istifadəyə verilmişdir. Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, Olimpiya Oyunlarında müvəffəqiyyətlə çıxış edir, ölkəyə yeni-yeni qızıl, gümüş və bürünc medallar gətirirlər. Respublikada stolüstü tennisin də inkişafına diqqət yetirilir. 2005-ci ilin yanvar ayında Azərbaycan Respublikasının keçmiş kənd təsərrüfatı naziri İsmət Abasov Stolüstü Tennis Federasiyasının prezidenti seçilmiş və onun rəhbərliyi altında Federasiyanın təşkilati cəhətdən möhkəmləndirilməsi, yığma komandanın stabil maddi-texniki təminatı və bütövlükdə ölkədə bu idman növünün inkişaf etdirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmişdir. 2007-ci il Bakıda ilk dəfə olaraq məşqçi kadrlarının ixtisaslarının artırılması məqsədi ilə 4 günlük Beynəlxalq seminar keçirilmişdir. Seminarı ETTU-nun tövsiyəsi ilə Rusiyanın əməkdar idman ustası, dəfələrlə Avropa çempionu İrina Palina aparmışdır. Tədbirdə ölkənin 40-dan artıq məşqçi və idman mütəxəssisləri iştirak etmişdir. 2007-ci ilin noyabr ayında Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti İsmət Abasovun dəvəti ilə Avropa Stolüstü Tennis Birliyinin prezidenti Stefano Bozi tanışlıq səfəri ilə Bakıda olmuşdur. O, Azərbaycanda stolüstü tennisin inkişaf durumu ilə tanış olmuş, Bakıda və Sumqayıtda fəaliyyət göstərən idman obyektlərinin işi ilə maraqlanmış, bu idman növünün daha da populyarlaşması və genişlənməsi, eləcə də mövcud problemlərlə bağlı idman mütəxəsisləri ilə fikir mübadiləsi aparmışdır. S. Bozi Milli Məclisin sədri O. Əsədovla, gənclər və idman naziri A. Rəhimovla, MOK-un vitse-prezidenti Ç. Hüseynzadə ilə görüşmüş və respublikada stolüstü tennisin inkişafı, gənc nəslin bu idman növünə daha geniş şəkildə cəlb edilməsi və digər məsələlər barədə ətraflı söhbət aparmışdır. Azərbaycan Stolüstü Tennis Federasiyası bir çox xarici federasiyalarla sıx və işgüzar münasibətlər qurmuşdur. Azərbaycan Stolüstü Tennis Federasiyası 1995-ci ildən 227 dövlətin milli federasiyalarını özündə birləşdirən Beynəlxalq Stolüstü Tennis Federasiyasının (İTTF) və 58 Avropa milli federasiyalarının daxil olduğu Avropa Stolüstü Tennis Birliyinin (ETTU) üzvüdür. Azərbaycanın stolüstü tennis üzrə yığma komandası Avropa çempionatlarında ilk dəfə olaraq 1996-cı ildən, dünya çempionatlarında 1997-ci ildən iştirak etməyə başlamışdır. Azərbaycan stolüstü tennis tarixində 2010-cu ildə ilk dəfə olaraq 4 idman mütəxəssisi - Könül Mikayılova, Zaur Mikayılov, Fərhad İsmayılov və Aleksandr Zudov “Beynəlxalq dərəcəli hakim” adına layiq görülmüşdür. 2014-cü ildə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev federasiyanın prezidenti seçilmişdir.
Bütün dünya təcrübəsində olduğu kimi həmin illərdə Azərbaycan millisinə də əcnəbi idmançılar cəlb edildi.
2015-ci ildə ilk dəfə ölkəmizdə Avropanın ən mötəbər yarışlarından olan “TOP-16” turniri keçirilmişdir. Tədbirdə ölkəmiz 1 kişi, 1 qadın idmançı və 1 hakimlə təmsil olunmuşdur. Yarış yüksək səviyyədə keçirilmiş, həm yerli həm də əcnəbi idman mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmişdir.
2016-cı ildə Xorvatiyanın Zaqreb şəhərində keçirilən və 46 ölkənin iştirak etdiyi Avropa birinciliyində gənclərin şəxsi yarışlarında tennisçilərimiz 2-ci yeri, yeniyetmələrin şəxsi və qarışıq-qoşa yarışlarında isə 3-cü yeri qazanmışlar.
2017-ci ildə Bakı şəhərində keçirilmiş möhtəşəm IV İslam Həmrəylik Oyunlarının stolüstü tennis yarışlarında yığma komandamız 4 medal – 2 gümüş və 2 bürünc medal qazanmışdır.
Həmin ilin yayında Portuqaliyanın Gimarayeş şəhərində keçirilən gənclərin Avropa çempionatının şəxsi birinciliyində qız tennisçimiz çempion olmuşdur. Bu müstəqillik illərində idmanın stolüstü tennis növü üzrə qazanılan ən yüksək nəticədir. Tennisçilərimiz birinciliyin komanda yarışlarında 3-cü yeri, qoşa yarışlarda isə 2- yeri qazanmışlar.
2018-ci ildə Ruminyada keçirilən gənclərin Avropa çempionatında tennisçilərimiz 2 qızıl və 2 gümüş medala layiq görülmüşlər.
Göstərilən yüksək nəticələrə görə Prezident İlham Əliyev stolüstü tennis üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mixail Timofeyevi “Tərəqqi” medalı ilə təltif etmişdir. İlin yekunlarına görə qadınlardan ibarət yığma komanda “İlin ən yaxşı qadın yığma komandası” adına, yığma komandanın məşqçisi Fərhad İsmayılov isə “İlin ən yaxşı məşqçisi” adına layiq görülmüşdür. Bundan əlavə daha 2 idman mütəxəssisi – S. Sultanova və X. Qiyasova “Beynəlxalq dərəcəli hakim” adına layiq görülmüşdür.
2019-cu ildə Çexiyada keçirilən gənclərin Avropa çempionatında tennisçilərimiz 2 gümüş medal qazanıblar. Həmçinin Avropa Stolüstü Tennis Birliyinin (ETTU) təşkilatçılığı ilə keçirilən “ETTU Eurotalents” adlı istedadların axtarışı proqramının seçmə turlarında 11 yaşlı tennisçimiz Adil Əhmədzadə yüksək nəticələrlə Avropa istedadları siyahısında ilk onluğa daxil olub.
Tennisçilərimiz 2020-ci ildə beynəlxalq turnir və çempionatlarda 2 qızıl, 2 bürünc medal qazanmışlar.
Federasiya 2021-ci ilin əvvəlində Yaponiyanın məhşur “NİTTAKU” stolüstü tennis firması ilə müqavilə bağlamışdır. Müqaviləyə əsasən milli yığma komandanın istifadəsi üçün təmənnasız olaraq idman geyimi və stolüstü tennis inventarı göndərilir.
Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında oğlan və qızlardan ibarət komandamız bürünc medal qazanmışdır.
Avropa Stolüstü Tennis Birliyinin (ETTU) təşkilatçılığı ilə keçirilən bütün Avropa ölkələrinin iştirak etdiyi “ETTU Eurotalents” axtarışı proqramınında 3 yeniyetmə idmançımız iştirak edib. İdmançılardan Adil Əhmədzadə Avropanın 15 yaşa qədər (U-15) yığma komandasının üzvüdür.
2021-ci ilin dekabrında Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev yenidən federasiyanın prezidenti vəzifəsinə seçilmişdir.
Bu gün də Azərbaycan Stolüstü Tennis Federasiyası bu idman növünün populyarlaşması, kütləviləşməsi və inkişafı, yeni – yeni gənc idmançıların hazırlanması istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirir.

Strukturu

  • Bölüm: Federasiya
  • Nəşr edilib 14.11.2015 10:34
  • Müəllif: turanadmin
  • Baxış sayı: 13974
 

Federasiyanın strukturu 

 

 

   sh.mustafayev  
 

 Prezident
Şahin Abdulla oğlu Mustafayev

 
 elmar1
Sabuxi1 
 konul

 Vitse-prezident
Elmar Vaqif oğlu İslam

 Vitse-prezident
Səbuhi Knyaz oğlu Mehdizadə

Baş katib
Könül Mövlam qızı Mikayılova
 
turalxudiyev z.suleymanova X.Quşxani

İctimaiyyətlə əlaqələr - Mətbuat katibi
Tural Kamil oğlu Xudiyev
 

İdman işləri üzrə təlimatçı
Zərif Nazim qızı Süleymanova
Beynəlxalq məsələlər üzrə təlimatçı
Xəyalə Yaşar qızı Quşxani
 t.quliyeva1    
Kargüzarlıq üzrə təlimatçı
Tünar Rəşadət qızı Quliyeva
  

 
     
     

 

 

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası