Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilərimiz Avropa çempionatında

Sabah 21 yaşadək stolüstü tennisçilərin Avropa çempionatına start verilir. Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunacaq yarışda Azərbaycanı iki idmançı təmsil edəcək. Söhbət Zemfira Mikayılova ilə Ləman Abdulhəmidovadan gedir. Onlar milli komandanın baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə yarışda mübarizə aparacaqlar. Qeyd edək ki, seçmə komandamız ilk dəfə bu çempionata qatılır. Zemfira Mikayılova ilə Ləman Abdulhəmidova isə şəxsi reytinqlərinə əsasən yarışda iştirak hüququna yiyələnib. Skopye sınaqlarına yanvarın 28-də yekun vurulacaq.

Stolüstü tennisçilər Türkiyəyə yollanıblar


Stolüstü tennisçilər 2024-cü ilin ilk beynəlxalq yarışında bacarıqlarını göstərəcəklər. Seçmə komandamızın 3 üzvü bu məqsədlə Türkiyənin Antalya şəhərinə yollanıb. Söhbət Adil Əhmədzadə, Mərziyyə Nurmətova və Aylin Əsgərovadan gedir. Onlar məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə yanvarın 16-dan 19-dək “WTT Youth Contender” turnirində mübarizə aparacaqlar. Qeyd edək ki, stolüstü tennisçilərimiz ötən il “WTT Youth Contender” seriyalı yarışlarda 16 medal qazanmışdılar.

Stolüstü tennisçilər “İdman paytaxtı 2024”ün açılış mərasimində


Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qubada keçirilən “İdman paytaxtı 2024”ün açılış mərasimi olub.

Gənclər və idman naziri Fərid Qayıbov və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun, həmçinin idman ictimaiyyətinin nümayəndələrinin qatıldığı tədbirdə stolüstü tennisçilər də iştirak ediblər.
Maraqlı məqamlarla yadda qalan mərasimdə “İdman Paytaxtı 2024”ün “Fuji” adlı maskotu təqdim olunub.
Ardınca nazir Fərid Qayıbov “İdman Paytaxtı”nın rəmzi açarını Quba rayonunun icra başçısı İlqar Mahmudova təqdim edib.
Digər idman növləri ilə yanaşı stolüstü tennis üzrə nümunəvi çıxışlar da iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Stolüstü tennisçilər Çinə yollanıblar

Yeniyetmə stolüstü tennisçilər növbəti təlim-məşq toplanışına qatılıblar. 13 yaşadək idmançılardan ibarət seçmə komandanın üzvləri bu məqsədlə Çin Xalq Respublikasına yollanıblar. Baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Tunar Bağırov, Onur Quluzadə, Şakir Qədirov, Şəbnəm Mansurova, Yağmur Məmmədli və Banu Baytallı Çinin Şanxay şəhərində yerləşən Milli Stolüstü Tennis Akademiyasında ustalıq səviyyəsini artıracaq. Qarşıdakı Avropa çempionatına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına yanvarın 24-də yekun vurulacaq.

 

Stolüstü tennisçilərin ölkə turniri başa çatıb

Kiçik yaşlı yeniyetmə stolüstü tennisçilər arasında ölkə turnirinə yekun vurulub. “Şüa” idman kompleksində keçirilən yarışın nəticələrinə əsasən qızların mübarizəsi Mehri Aslanzadənin qələbəsi ilə başa çatıb. Nailə Nəzirova ikinci, Fərəh Hidayətzadə ilə Sofiya İlyasova üçüncü yeri tutub.
Oğlanların yarışında isə Əliəkbər Mirzəliyev bütün rəqiblərini üstələyib. O, finalda Saleh Hümbətova qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həzrət Kamilovla Cəfər Almədədli üçüncü yerlə kifayətlənib. Mükafatçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunub.
Qeyd edək ki, budəfəki yarışda Bakı, Sumqayıt, Şabran, Şəki, Şirvan, Salyan, Qax və Qobustandan üzmumilikdə 100-ə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası