Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Ölkə çempionatının qalibləri müəyyənləşdi


Veteran stolüstü tennisçilər arasında ölkə çempionatı keçirilib. “Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışda 50-yə yaxın iştirakçı mübarizə aparıb. Qoşa turnirdə Əli Heydərli ilə Rəhim Hüseynov qələbə qazanıb. Məmmədağa Rüstəmovla Elşad Vahidov ikinci, Mahir Cəbiyevlə Aali Seyidrəhim üçüncü yeri tutub.
Müxtəlif yaş qrupları üzrə şəxsi yarışlar isə belə nəticələnib:
40-49 yaş
I – Zaur Mikayılov
II – Mehman Səmədov
III – Mahir Cəbiyev
50-59 yaş
I – Əli Heydəri
II – Elşad Vahidov
III – Akif Zeynalov
60-69 yaş
I – Məzahir Həsənov
II – İlham Ağayev
III - Fuad Qasımov
70 yaş və yuxarı
I - Səxavət Heydərov
II – Firudin Hüseynov
III – Vladislav Fedorenko
Fəxri kürsüdə yer alan iştirakçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunub.

View the embedded image gallery online at:
https://www.astf.az/index.php/az/?start=225#sigFreeId8d1779f5e3

Stolüstü tennisçimiz beynəlxalq yarışın mükafatçısı olub

20 05 2023
Stolüstü tennisçimiz Yağmur Məmmədli daha bir beynəlxalq yarışın mükafatını qazanıb. İstedadlı idmançı mayın 15-dən 21-dək Bolqarıstanın Panaqyurişte şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində bürünc medala layiq görülüb. 22 ölkənin tennişçilərinin qatıldığı turnirin qrup mərhələsini ikinci yerdə başa vuran Yağmur ¼ finalda serbiyalı Teodora Sudzumu mübarizədən kənarlaşdırıb. Yarımfinalda isə o, Cənubi Koreya idmançısı Li Haelinə uduzaraq bürünc medalla kifayətlənib. Qeyd edək ki, “Eurotalent” seçimlərindən uğurla keçən Yağmur Məmmədli Avropanın ən istedadlı stolüstü tennisçiləri sırasındadır.

Stolüstü tennisçilərimiz Bolqarıstana yollanıblar

2023 05 14
Stolüstü tennisçilərimiz dünya seriyalı növbəti “WTT Youth Contender” turnirində iştirak edəcəklər. Mayın 15-dən 21-dək Bolqarıstanın Panaqyurişte şəhərində keçiriləcək yarışda 11 idmançımız bacarığını göstərəcək. Məşqçilər Fərhad İsmayılov, Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə oğlanlardan Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə qələbə uğrunda mübarizə aparacaq. Qizların turnirində isə Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Arzu Aslanova, Mərziyyə Nurmətova, Aylin Əsqərova və Yağmur Məmmədli etimadı doğrultmağa çalışacaq.

"Heydər Əliyev ili"nə töhfə olaraq yeni stolüstü tennis zalı istifadəyə verilib

 

Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən "Heydər Əliyev ili"nə töhfə olaraq Masallı şəhərində yeni idman zalı istifadəyə verilib.
Əvvəlcə Ulu öndərin rayon mərkəzindəki abidəsini ziyarət edən tədbir iştirakçıları onun xatirəsinə dərin ehtiramlarını bildiriblər. Açılış mərasimində çıxış edən Masallı Rayonunun İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, millət vəkilləri Məşhur Məmmədov, Cavanşir Paşazadə, ASTF-nin vitse-prezidenti Elmar İslam, AGİN-in əməkdaşı Əliniyaz Mirzəyev və güləş üzrə Avropa çempionatının mukafatçısı Yasəmən Məcidli tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Bölgələrdə idmanın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür ifadə olunub, bu cür tədbirlərin idmanın inkişafına təkan verəcəyi vurğulanıb. Ardınca tədbir iştirakçıları yeni stolüstü tennis zalı ilə tanış olublar.
Zalın əsas hissəsində 6 tennis stolu, eləcə də bədən tərbiyyəsi ilə məşğul olmaq üçün müxtəlif avadanlıqlar mövcuddur. Stolüstü tennis zalı əsasən yeniyetmə və gənclərin bu idman növü ilə məşğul olması üçün nəzərdə tutulsa da, böyüklər, təqaüdçülər eləcə də bu idman növünə marağı olan başqa şəxslər də asudə vaxtlarında zalın imkanlarından yararlana bilərlər. Gələcəkdə zalda zona yarışları, respublika səviyyəli turnirlər, təlim məşq toplanışlarının da keçirilməsi planlaşdırılır.

View the embedded image gallery online at:
https://www.astf.az/index.php/az/?start=225#sigFreeId2551bf4aee

 

Stolüstü tennis üzrə “Top-8” turnirinə yekun vurulub

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan "Top-8" ölkə turniri maraqlı mübarizə ilə yadda qalıb. "Şüa" idman kompleksində təşkil olunan şəxsi xarakterli yarışda kişilərdən Adil Əhmədzadə, Vəzir Allahverdiyev, Nihad Məmmədov, İbrahim Ansari, Xəyal Həşimli, Hilal Həsənov, Rüstəm Hacılı və Əliverdi Şahgəldiyev, qadınlardan isə Məryəm İmanova, Mərziyyə Nurmətova, Rüfət Əliyeva, Aylin Əsgərova, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Billurə Eminova və Arzu Aslanova bacarığını göstərib. Kişilərin həlledici görüşündə Adil Əhmədzadəni məğlub edən Hilal Həsənov baş mükafata layiq görülüb. Vəzir Allahverdiyev üçüncü yeri tutub. Qadınların final qarşılaşmasında isə Mərziyyə Nurmətovaya qalib gələn Məryəm İmanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlk üçlüyü Aylin Əsgərova qapayıb.
Qeyd edək ki, "Top-8" turnirində son ölkə kuboku yarışını ilk 8-likdə başa vuran idmançılar iştirak ediblər. Mükafatçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunub.

View the embedded image gallery online at:
https://www.astf.az/index.php/az/?start=225#sigFreeIdf40d4e54e1

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası