Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilərimiz beynəlxalq yarışın qalibi olublar


 
Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində etimadı layiqincə doğruldublar. U 15 kateqoriyasında yarışan idmançılar bu gün qarışıq-qoşa mübarizəsində final görüşunə çıxıblar. Gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmada Türkiyə təmsilçilərinə 3:2 hesabı ilə qalib gələn idmançılarımız baş mükafata layiq görülüblər. Xatırladaq ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yanvar ayında Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa mübarizəsində bürünc mükafat qazanmışdı.

Stolüstü tennisçilər beynəlxalq yarışın finalına yüksəliblər


 
Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində etimadı doğrultmaqdadırlar. U 15 kateqoriyasında yarışan idmançılar bu gün qarışıq-qoşa mübarizəsində finaladək irəliləyərək minimum gümüş mükafatı təmin ediblər. Quluzadə - Məmmədli tandemi sabah keçiriləcək həlledici qarşılaşmada Türkiyə təmsilçiləri ilə üz-üzə gələcək. Xatırladaq ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yanvar ayında Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa mübarizəsində bürünc mükafata layiq görülmüşdü.

Stolüstü tennisçilər daha bir beynəlxalq yarışa qatılıblar


Bu gün Türkiyənin Nevşehir şəhərində “WTT Youth Contender” turnirinə start verilir. Beynəlxalq yarışda Azərbaycan stolüstü tennisçiləri də bacarıqlarını göstərəcəklər. Seçmə komandanın məşqçiləri Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaq. Beynəxalq yarışa fevralın 17-də yekun vurulacaq.

Stolüstü tennisçilərin daha bir uğuru

Stolüstü tennisçilər daha bir beynəlxalq yarışda etimadı doğruldublar.
Seçmə komandanın üzvləri Xorvatiyanın Osiyek şəhərində təşkil olunan “Europe Youth Series” turnirində bürünc mükafata layiq görülüblər. Baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə yarışa qatılan Onur Quluzadə ilə Tunar Bağırov qoşa mübarizədə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Stolüstü tennisçilər Osiyek sınağında

Stolüstü tennisçilər fevralın 5-də daha bir beynəlxalq yarışa qatılacaqlar. Söhbət yeniyetmələrin “Europe Youth Series” turnirindən gedir. Xorvatiyanın Osiyek şəhərində təşkil olunacaq yarışda baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Mələk Əhmədzadə qələbə uğrunda mübarizə aparacaq. Beynəlxalq yarışa fevralın 9-da yekun vurulacaq.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası