Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Tennisçilərimiz Türk dünyası ulduzlarının stolüstü tennis liqasında iştirak etdi

Stolüstü tennis üzrə yığma komandanın yeniyetmələrinin iştirak etdiyi “Türk dünyası ulduzlarının stolüstü tennis liqası” artıq başa çatmışdır. Azərbaycan, Türkiyə, Özbəkistan, Şimali Kipr Türk Respublikasının iştirak etdiyi   Liqa oyunlarının son iki günü komanda və şəxsi yarışlar keçirilmişdir. Dostluq görüşü və yeniyetmələrin təcrübə mübadiləsi məqsədi ilə komanda oyunlarında yığma komandaların tərkibi müxtəlif ölkələrin idmançılarından ibarət idi. Komanda yarışlarında tennisçimiz Məmmədov Emin I yeri tutan komandanın tərkibində, Abdülhəmidova Ləman II yeri tutan komandanın tərkibində və Mikayılova Zemfira isə III yeri tutan komanda da olmuşdur.

Qızların şəxsi oyunlarda I və II yeri Türkiyə təmsilçiləri, III yeri isə həmyerlimiz Mikayilova Zemfira və türk idmançı qazanmışdır.

Oğlanların şəxsi oyunlarında isə I və III yeri Türkiyə idmançısı, II yeri isə tennisçimiz Məmmədov Emin tutmuşdur.

Tennisçilərimiz bugün Vətənə qayıdırlar.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası