Məşqçilər üçün növbəti Seminar
- Nəşr edilib 14.11.2018 16:43
26-30 noyabr 2018-ci il tarixlərində Azərbaycan Stolüstü Tennis Federasiyası məşqçi Seminarı təşkil edir. Seminarın əsas məqsədi bədən tərbiyəsi təhsili olan mütəxəssisləri stolüstü tennis üzrə məşqçiliyə hazırlamaqdır. 5 gün keçiriləcək seminar milli yığma komandanın məşqçiləri tərəfindən aparılacaq.
Seminarın sonunda müəllimlərə Federasiya tərəfindən “Səviyyə-1” sertifikatları təqdim olunacaq.
Sertifikat almış məşqçilərə federasiya öz dəstəyini göstərəcək. Məşqçi olmaq istəyən bütün bədən tərbiyəsi təhsili olan mütəxəssisləri seminara dəvət edirik.
Qeyd: Seminara qatılmaq üçün 24 noyabra qədər Stolüstü Tennis Federasiyasından qeydiyyatdan keçmək lazımdır.
Əlaqə nomrəsi: 012 408 74 54 ;
Email : Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.













