Tennisçilərimiz Sumqayıtda təlim-məşq toplanışında
- Nəşr edilib 26.11.2018 11:39
26 noyabr tarixində stolüstü tennis üzrə 2006-ci il və daha kiçik təvəllüdlü idmançılar üçün təlim-məşq toplanışı başlamışdır. Sumqayıt şəhərində keçirilən təlim-məşq toplanışı 4-9 dekabr tarixində Rusiyanın Sank – peterburq şəhərində keçiriləcək stolüstü tennis üzrə N. Q. Nikitinin xatirəsinə həsr olunmuş XIX Beynəlxlaq turnirə hazırlıq məqsədini daşıyır. Təlim-məşq toplanışı 3 dekabr tarixinə kimi davam edəcəkdir.













