Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilərimiz Estoniyaya yola düşüb

Noyabr ayının 12-də Azərbaycanın stolüstü tennis üzrə yığma komandasının üzvləri Denq Simenq və Zou Çuyi baş məşqçi Aleksandr Zudovun rəhbərliyi ilə Estoniyaya yola düşüb. İdmançılarımız Haapsala şəhərində tanınmış tennis ustası Albert Kanepinin xatirəsinə həsr olunmuş yunior və kadetlər arasında keçiriləcək açıq turnirdə iştirak edəcəklər.Beynəlxalq Stolüstü Tennis Federasiyasının reytinq xarakterli tədbirində idmançılar komanda və şəxsi dərəcələrdə mübarizə aparacaqlar. Yarışlar noyabr ayının 15 – dək davam edəcək.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası