Anım Gününə həsr olunan stolüstü tennis turniri keçirilib
- Nəşr edilib 27.09.2022 15:40
Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
Artıq ikinci ildir sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur. Bu münasibətlə bir sıra idman tədbirləri də keçirilir. Belə turnirlərdən biri də Qobustan Olimpiya İdman Kompleksində yeniyetmə stolüstü tennisçilər arasında təşkil olunub.















