Stolüstü tennisçilər təlim-məşq toplanışındadırlar
- Nəşr edilib 21.08.2023 13:26
2014-2015-ci il təvəllüdlü istedadlı stolüstü tennisçilərin növbəti təlim-məşq toplanışına start verilib. Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən hazırlıq prosesinə 15 idmançı qatılıb. Onlar məşqçilər Elnur Hidayətzadə, Qulu Quliyev, Billurə Eminova və Məryəm İmanovanın rəhbərliyi ilə avqustun 27-dək stolüstü tennisin sirrlərinə yiyələnəcəklər. Qeyd edək ki, təlim-məşq toplanışının əsas məqsədi istedadlı idmançıların hazırlıq səviyyəsinin artırılmasıdır.