“Baku Open” stolüstü tennis turniri keçiriləcək
- Nəşr edilib 26.02.2026 16:24
Stolüstü tennis həvəskarlarını qarşıda daha bir maraqlı yarış gözləyir. Söhbət Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il “Dünya İdman Paytaxtı” seçilməsinə həsr olunan “Baku Open” turnirindən gedir. Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən “Şüa İdman Kompleksi”ndə təşkil olunacaq turnirdə əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstərəcəklər. Peşəkar idmançılar yalnız qoşa yarışlarda (bir peşəkar və bir həvəskar olmaqla) mübarizə aparacaqlar. 4-5 aprel / 11-12 aprel tarixlərində keçiriləcək yarışın mükafat fondu 3000 manat olacaq. Turnirə qatılmaq istəyənlər Azərbaycan Stolüstü Tennis Federasiyasına müraciət edə bilərlər.
Əlaqə nömrəsi: +994 50 796 66 57














